Millimizin futbolçusu “Şalke 04”ə qarşı oynadı
13.05.2013 - 10:03
21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücümçusu Fatih Şanlının çıxış etdiyi “Berqiş Qladbax 09” Almaniya Regionalliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berqiş Qladbax təmsilçisi “Şalke 04”ün 23 yaşadək komandası ilə üz-üzə gəlib.
Bu görüşdə 21 yaşlı Fatih də iştirak edib. O, matça rəqib komanda hesabı bərabərləşdirdikdən 3 dəqiqə sonra, daha dəqiq desək, 74-cü dəqiqədə malavili hücumçu Daniel Çitsulonun yerinə daxil olub. Bununla belə, autsayderlərdən olan Şanlının komandası görüşdən məğlub ayrılıb – 1:2.
Qeyd edək ki, ardıcıl 4 oyundur ki, qələbə qazana bilməyən Şanlının komandası XVIII pilləyə düşüb. Növbəti turda da komanda qalibiyyət əldə edə bilməsə, daha bir aşağı dəstə olan Oberliqaya yuvarlanması rəsmiləşəcək.

0
0