Sakit Alıyev: Əfqan Talıbov heç kimdir
13.05.2013 - 13:43
“Turan”ın sabiq baş məşqçisi Sakit Alıyevin apasport.az saytına müsahibəsi
- Uzun müddətdir səhhətinizdə yaranan problemə görə müalicə olunursunuz. Hazırda vəziyyətiniz necədir?
- Şükür Allaha, irəliləyiş var. 2 ildir xəstəyəm. Həkimlər 3-4 aya yaxşı olacağımı deyib. Bakıya müalicəyə gedəndə Ramin Musayevlə görüşmək istədim. Amma məni qəbul eləmədi. Bu, mənə çox pis təsir etdi. O boyda Tovuz, Azərbaycan futbolu üçün canımı qoymuşam... Rayona qayıdanda özümü çox pis hiss etdim, 3 gün gözlərim, ayaqlarım tutuldu. Mən həm də Rusiyada müalicə alırdım. Halım pisləşəndən sonra ora gedə bilmədim. Öz həkimlərimizin sayəsində indi yaxşıyam. Bir az sağ gözümdə problem var.
- Ramin Musayevin yanına niyə getmişdiniz?
- Yerli ağsaqqallar xahiş eləmişdilər ki, Tovuz futbolunun bu günkü acınacaqlı vəziyyəti ilə bağlı Bakıda vəziyyətlə maraqlanım. Görək Tovuz futbolunu niyə onu bu günə qoyurlar? AFFA rəhbərliyi ilə də görüşmək istəyirdim. Başa düşürəm, Rövnəq Abdullayevin işi çoxdur. Baş katib Elxan Məmmədovu axtardım, dedilər ölkə xaricindədir. Ramin Musayevin maşınını həyətdə görmüşdüm. Onunla görüşə də buraxmadılar. Bildirdilər ki, iclas gedir.
- Bu, hadisə nə vaxt olub?
- AFFA-nın İcraiyyə Komitəsinin 10 komandalı sistemlə bağlı qərar qəbul etdiyi iclasdan sonra. Vaxtilə baş məşqçim olmuş Kazbek Tuayevlə görüşdüm. Məni görəndə kövrəldi. Mənə “səni sağ-salamat gördüyümə görə sevindim” dedi. Heç kim bizim sözümüzü deyə bilmir. Yalandan biri gedir, biri gəlir. Futboldan xəbəri olmayanlar gəlib Tovuz futboluna yiyələniblər.
- Sizə hansı diaqnoz qoyulub?
- Mən o qədər sağlam insan idim ki... Son 8 ayda başıma çox işlər gəldi. Sağ olsunlar, mənə əsas köməyi azarkeşlər etdilər. “Turan” rəhbərliyi isə sanki məni tanımır.
- İşləməyən insanın maddi cəhətdən sıxıntıları olur. Sizə kimlər maddi kömək edir?
- Heç bir kömək yoxdur. Həyata futbolla gəlmişəm, futbolla da getmək istəyirəm. Özümə söz vermişdim ki, 45 yaşa kimi futbol oynayıb, tarix yazacağam. Çünki buna gücüm-qüvvəm, hər şeyim vardı. 3 il birgə işlədiyim Naci Şensoydan çox şey öyrənmişəm.
- Yeri gəlmişkən, Şensoy “Turan”dan 120 min dollar təzminat tələb edir. Bundan xəbərdarsınızmı, ümumiyyətlə həmkarınızla əlaqəniz var?
- Açığı, mən telefonla danışanda, bir az əsəbiləşirəm. Buna görə hələ əlaqə saxlamağa imkan vermirlər. Şensoy deyib ki, Sakit müalicəsini qurtarsın, onunla əlaqə saxlayacağam, lazım olsa görüşəcəyəm. Onun sözlərinə görə, mənimlə yenidən birgə işləmək imkanı var, bunu gələcəkdə gerçəkləşdirmək istəyir.
- Bütün milli çempionatlarımızda iştirak edən, futbolçu karyeranızın böyük hissəsini keçirdiyiniz, baş məşqçisi olduğunuz “Turan” ilk dəfə I diviziona düşəcək...
- “Turan”ın bu vəziyyəti mənə bir tovuzlu, azərbaycanlı kimi çox pis təsir edir. Hər şeyin başında klubun vitse-prezidenti Namiq Məstanov durur. Futboldan xəbəri olmayan bir insanı gətirib ora qoyublar. Özünüz fikirləşin, bunu etmək olarmı? Tovuz futbolunu yıxan, fırlayan odur. Nə istəyirsə, onu da edir.
- Məstanovla hansısa probleminiz olub?
- Onun başqa maraqları var. Mən halal, təmiz adamam. Niyə Tovuzdakı meydança süni olmalıdır? Bu, nəyə lazımdır? Onsuz da süni meydançamız var da. Sağ olsun Vidadi Əhmədov, stadion üçün nə qədər əziyyət çəkmişdi. Süni edirsənsə, başqa yerdə düzəltdir. Mümkün idi, sadəcə, futbolu bilməyən insanlardır. Onlardan da süni istifadə edirlər ki, bunu birbaşa edən Namiq Məstanovdur. Gözəl futbolçular var, maaşlarını vermirlər, hərəsini bir tərəfə dağıdıblar.
- “Turan”ın hazırkı baş məşqçisi Əfqan Talıbovun işini necə qiymətləndirərdiniz?
- Talıbov heç kimdir, elə baş məşqçi də Namiq Məstanovdur. Heyəti, əvəzetmələri o müəyyənləşdirir. Mənim bir bacım oğlu var, futbolçudur. Nə olsun ki qohumumdur, çox istedadlıdır. Onu da qovdular. Əfqan Talıbova futbolçu kimi böyük hörmətim var, bir dövrdə oynamışıq. Ancaq “Turan”dakı məşqçilik karyerasında heç bir sözü keçmir. Mən açıq deyirəm ki, komandadakı məşqçilər heyəti heç kimdir. Komandada pul yoxdursa, niyə o qədər legioneri gətiriblər? Tovuzda nə qədər istəsən futbolçu, məşqçi var. Sadəcə, Tovuz futbolunu düzgün istiqamətləndirən insanlar olmalıdır.

0
0