Əfqan Talıbov: Müdafiədə kobud səhvlər buraxdıq
13.05.2013 - 19:39
Əfqan Talıbov: Müdafiədə kobud səhvlər buraxdıq
”Kəpəz”lə bundan əvvəlki üç oyunda qələbə qazanmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Turan”nın baş məşqçisi Əfqan Talıbova məxsusdur.

Tovuz klubunun çalışdırıcısı Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Kəpəz”ə (3:5) məğlub olmalarını dəyərləndirib: “Bu gün də qələbə əzmi ilə meydana çıxmışdıq. Lakin müdafiədə kobud səhvlər buraxdıq, qapımızda qollar gördük. Hesab bərabərləşdikdən sonra daha iki qol buraxdıq, bu, oyunumuzu pozdu”.

Mənbə: pfl.az