Millimiz yenə dördüncü oldu
13.05.2013 - 20:12
Millimiz yenə dördüncü oldu
17 yaşadək oğlanlardan ibarət futbol komandamız Qazaxıstanın paytaxtı Astanada keçirilən “Prezident Kuboku” turnirini ötən il olduğu kimi, yenə IV sırada tamamlayıb. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri verilən tapşırığın öhdəsindən gəlməyi bacarmayıb.

Belə ki, millimiz III yer uğrunda görüşdə Litvaya yenilib. Fasiləyədək qol olmasa da, litvalılar ikinci yarının əvvəllərində hesabı açıb. Futbolçularımız penaltidən tarazlığı bərpa etsə də, çox keçməmiş Baltikyanı ölkə təmsilçisi qapımızdan daha bir top keçirib. Bununla da rəqibinə 1:2 hesabı ilə uduzan U-17 turniri mükafatsız tamamlamalı olub.

Qeyd edək ki, dünən bu 2 ölkənin təmsilçiləri 17 yaşadək qızların yığmaları çərçivəsində qarşılaşıb. Kaunas şəhərində UEFA-nın təşkil etdiyi “Development” turnirində üz-üzə gələn millilərdən yenə litvalılar sonda meydanı qalib tərk etmişdi – 1:0.