Fariz Nəcəfov: Yuri Syomin gördüyü şəraitdən heyran qaldı
13.05.2013 - 23:02
“Yuri Syomin Qəbələdə gördüyü şəraitdən heyran qaldı. Həm coğrafi mövqeyinə, otellərinə, həm də şəraitinə, təbii ot örtüklü meydançalarının vəziyyətinə görə çox xoşuna gəlib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Klubun baş məşqçi postuna gətirmək istədiyi Yuri Syomin prezident Tale Heydərovla Bakıdakı görüşündən sonra Qəbələyə yollanıb.
Nəcəfov bildirib ki, 66 yaşlı rusiyalı mütəxəssisin gözəl təəssüratla vətəninə qayıtmağı gələcəyə nikbin baxmağa əsas baxır: “Çox güman, Syominin bu gördüklərindən sonra məsələ müsbət həllini tapacaq. Sadəcə, bizdən mayın 20-dək vaxt istədi. Syominlə danışıqlardan sonra onun düşünmək istədiyi məsələlər var. Biz məşqçinin qarşısına müəyyən məqsədlər qoymuşuq. Təbii ki, bu, komandamızın çempionluğu, kuboku qazanmaq, avrokuboklara çıxmaq kimi vəzifələrdir. Əgər sonda ortaq məxrəcə gəlsək, mayın 20-21-i müqavilə bağlamaq fikrindəyik”.
Vitse-prezident Rusiya millisinin sabiq baş məşqçisinin ölkəmizdə çox yüksək məbləğin qarşılığında işləyəcəyi ilə bağlı deyilənlərin həqiqətəuyğun olmadığını bildirib: “Bunlar real söhbətlər deyil. Biz bilirik ki, Syomin “Lokomotiv”də, Kiyev “Dinamo”sunda yüksək məbləğlər alıb. Ancaq onun bizimlə bağlayacağı müqavilənin dəyəri “Qəbələ”nin büdcəsinə uyğun olacaq. Elə rusiyalı mütəxəssis də bura gəlişində əsas pulu yox, görəcəyi işləri düşünür. O, şəraitlə, klubda işləyəcəyi insanlara kimi detallarla maraqlanır. Bizim təkcə əsas komanda yox, klubun inkişafı ilə bağlı planlarımız var və uşaq futbolunun, infrastrukturun da daxil olduğu bu işlərin həyata keçməyində Syominin köməyindən istifadə edəcəyik”.
Mehman SÜLEYMANOV

0
0