Əmrah Çəlikəl: Onların komandamızda qalması mümkündür
13.05.2013 - 23:04
“Artıq bir neçə futbolçu ilə yeni müqavilə imzalamışıq və bu prosesi çempionatın sonuna kimi davam etdirəcəyik. Danışıqlar apardığımız futbolçular arasında hələ ortaq məxrəcə gələ bilmədiyimiz olmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Ağdamlılar futbolçularından Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla anlaşmanı mövsüm bitməmiş uzadıb.
Çəlikəlin sözlərinə görə, qış fasiləsində transfer etdikləri hücumçular – millimizin də üzvü olan Branimir Subaşiçlə nigeriyalı Emeka Opara böyük ehtimalla komandada qalacaq: “Hər ikisinin müqaviləsi 6 aylıq olduğundan, mövsümün sonunda bitir. Ancaq Subaşiçlə Oparanın anlaşmanı uzatmağı nəticəsində qalmaları mümkündür. Buna son qərarı baş məşqçi Qurban Qurbanov verəcək. Bildiyiniz kimi, sabah “Bakı” ilə oyunumuz var və hazırda bütün diqqətimizi ona yönəltmişik. Ola bilsin ki, heyətlə bağlı bütün məsələlər son tura kimi yekunlaşmasın. Hər halda, buna ayın sonuna kimi aydınlıq gətirəcəyik”.
“Qarabağ”ın rəsmisi əsas heyətdə yerlərini itirən yarımmüdafiəçilər Əfran İsmayılovla Muarem Muaremlə hələ ki danışıq olmadığından, məsələlərinin açıq qaldığını bildirib: “Onlarla danışıqlardan sonra qərarımızı verəcəyik. Əfran düşərgəmizdədir və hazırlıqda iştirak edir. Ancaq kimin oynamağına, adının matçın protokoluna daxil edilməyinə baş məşqçi qərar verir”.
Çəlikəl həmişə olduğu kimi, hazırlığı Türkiyədə keçirəcəklərini söyləyib: “Təlim-məşq toplanışımız yenə Qızılcahamamda olacaq. Hələ ki məkan dəqiqləşib. Növbəti mövsümə hazırlığa Bakıda başlayıb, Türkiyəyə yollanacağıq. Tarixləri sonra dəqiqləşdirəcəyik. UEFA-nın püşkünün nəticəsini gözləməliyik. Əgər qitə miqyaslı turnirdə ilk oyunumuzu səfərdə keçirsək, Türkiyədən birbaşa həmin ölkəyə yollanmaq fikrindəyik”.
Mehman SÜLEYMANOV

0
0