“Qəbələ” mövsümün üçüncü çempionluğunu qazandı
13.05.2013 - 23:25
“Qəbələ”nin U-11 və U-19 komandalarının ardından U-17 kollektivi də 2012-2013 mövsümünün qalibi adına yiyələnib. Apasport.az saytının məlumatına görə, ötən gün U-17 Liqasının XXIV turu çərçivəsində səfərdə “Sumqayıt”la üz-üzə gələn “qırmızı-qaralar” rəqibinə şans verməyib.
“Sumqayıt”ı Əli Səmədov və Vəzir Musayevin qolları ilə 2:0 yenən Famil Xəlilovun yetirmələri xallarının sayını 63-ə, ikinci pillədə qərarlaşan “Neftçi” ilə xallarının fərqini isə 8-ə çatdırıb və çempionatın sonuna 2 tur qalmış çempionluğunu elan edib.
Qeyd edək ki, “Qəbələ” son iki turda “Gənclik” və “Xəzər-Lənkəran”la qarşılaşacaq.

0
0