Millimizin rəqibinin baş məşqçisi Portuqaliyanı favorit hesab edir
14.05.2013 - 00:03
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan Rusiya yığması iyunun 7-də, Lissabonda Portuqaliya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, həmin görüşə ilkin olaraq 32 futbolçu dəvət edən şimal qonşularımızın baş məşqçisi Fabio Kapello Rusiya mətbuatına müsahibə verib.
İtaliyalı çalışdırıcı həmin oyunda portuqaliyalıları favorit hesab edir: “Biz yaxşı nəticəyə nail olduq, amma dayanmaq olmaz. Portuqaliya favorit olaraq qalır. Bizim öz oyun stilimiz var, onlarında öz. Portuqaliyanın məşqçi qərargahı ən xırda detallara qədər bütün bizim üstünlüklərimizi və minuslarımızı diqqətlə araşdırır. Həmçinin biz də rəqiblə bağlı hər şeyi öyrənirik”.
Qeyd edək ki, hazırda 12 xalla F qrupuna Rusiya yığması başçılıq edir. 11 xalla İsrail və Portuqaliya milliləri müvafiq olaraq 2-3-cü yerləri bölüşürlər. Aktivində 3 xalları olan Şimali İrlandiya ilə millimiz 4-5-ci pillələrdə qərarlaşır. Sonuncu yerdə isə 2 xalla Lüksemburq mövqe tutur.

0
0