Paskal Numa uzun müddətdən sonra danışdı
14.05.2013 - 05:42
Paskal Numa uzun müddətdən sonra danışdı
“Beşiktaş”ın sabiq futbolçusu Paskal Numa sosial şəbəkələrin birində illər sonra hər kəsi təəccübləndirəcək bir etiraf edib. Apasport.az saytının məlumatına görə, fransalı hücumçu “qara qartallar”ın formasını geyindiyi zaman “Fənərbaxça” ilə oyunda etdiyi bir hərəkətə görə komanda ilə müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv etməsinin səbəbkarlarından olan şəxsin adını açıqlayıb.

Numa iddia edir ki, həmin dövrdə klub prezidenti Sərdar Bilgili və komanda rəhbərliyinin Türkiyə Futbol Federasiyasına onu 7 oyunluq cəzalandırmasını istəyib. “Beşiktaş”da oynadığı dövrlərdə İstanbul təmsilçisində bir idarəçinin onunla bağlı yaşananları Paskal belə izah edib: “Təəssüf ki, Sərdar Bilgili və rəhbərliyi Türkiyə Futbol Federasiyasına 7 oyunluq cəza verilməsini istəyibmiş. O rəhbərlikdə çalışan mənə bunu açıq-aşkar söylədi. Mən isə bir idarəçinin mənə izah etdiyini söylədim”.