“Qalatasaray”ın istəyi yerinə yetirildi
14.05.2013 - 06:40
“Qalatasaray”ın istəyi yerinə yetirildi
Sona 3 tur qalmış “Sivasspor”u 4:2 hesabı ilə məğlub edib, çempionluğunu rəsmiləşdirən “Qalatasaray”ın istəyi yerinə yetirilib. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının XXXIV – sonuncu turunda “Trabzonspor”la qarşılaşacaq “Cim-Bom” oyunun keçirilmə vaxtı ilə bağlı ölkə futbol federasiyasına müraciət etmişdi.

Federasiya isə “aslanlar”ın bu müraciətinə baxaraq, onlara müsbət cavab verib. Belə ki, İstanbul klubu 2012/2013 mövsümünün son matçını mayın 18-də, yerli vaxtla saat 19:05-də (Bakı vaxtı ilə 21:05) oynayacaq. 1905-ci ildə yaradılan “Qalatasaray” “Trabzonspor”la oyundan sonra “Türk Telekom Arena”da kubokunu başı üzərinə qaldıracaq.

Qeyd edək ki, bu, “Qalatasaray”ın 19-cu zəfəridir.