Klublarımız üçün Finlandiyadan rəqib
14.05.2013 - 08:22
Klublarımız üçün Finlandiyadan rəqib
Avropa Liqasının I təsnifat mərhələsinə qatılacaq daha 3 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın “Fair Play” reytinqi hesabına bu turnirə qatılacaq klubların adlarına aydınlıq gəlib.

Bu reytinqdə ilk 3 pilləni tutan Norveç, İsveç və Finlandiya avrokuboklarda aldıqları əlavə yerdə müvafiq olaraq “Gefle”, “Tromse”, “Mariehamn” ilə təmsil olunacaq. Hər 3 komanda I təsnifat mərhələsində mübarizəyə başlayacaq. İsveç və Norveç təmsilçiləri səpələnmiş, Finlandiya klubu isə səpələnməmiş olacaq.

Qeyd edək ki, Azərbaycan klubları da böyük ehtimalla səpələnmişlər səbətində yer alacağından yalnız “Mariehamn” təmsilçilərimizin potensial rəqibi olacaq.