İlk qaranquşumuz da öldü
14.05.2013 - 09:13
Nəhs gün “Turan”a düşmədi. Mayın 13-ü Tovuz futbolunun 21 illik tarixinə qara gün kimi yazıldı. “Turan”ın güclülər dəstəsini tərk etməsi ilə bu komandanın bütün milli çempionatlarımızın iştirakçısı olduğunu artıq deyə bilməyəcəyik. İndi bu sırada cəmi 2 komanda - əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” qaldı.
Əslində, “Turan”ın növbəti mövsümdə Topaz Premyer Liqasında çıxış edə bilməyəcəyi bir müddət öncə AFFA-dan bununla əlaqədar lisenziya ala bilməyəndə müəyyənləşmişdi. Sadəcə, hər şeyin turnir cədvəli baxımından rəsmiləşməyi lazım idi ki, bu da autsayderlə oyunda baş verdi. İş elə gətirdi ki, sonuncu pillənin sahibi olan “Kəpəz” Bakıdakı Qərb derbisində həm uzun müddət qalib gələ bilmədiyi “Turan”ı yendi, həm də onu özünə I diviziona yol yoldaşı etdi.
Taleyin işinə bax, 1992-ci ilin fevralın 13-də, yəni nəhs gündə yaradılan “Turan” nəhs gündə də güclülər dəstəsindən gedəsi oldu. Tovuz klubunun uğursuzluğu, maliyyə durumun pis olmağı haqda çox yazılıb və mən də razıyam ki, indiki vəziyyətə görə rəhbərlikdən tutmuş futbolçulara qədər hamısı günahkardır. Ən azı ona görə ki, onlar “Turan”ı görmədiyi günə saldılar, tovuzlu azarkeşləri demək olar futbolsuz qoydular. Hər halda, bizdə I divizionun hansı səviyyədə olduğunu nəzərə alsaq, reallıq belədir.
Üstəlik, Tovuzu futbol beşiklərindən biri saymışıq, nə qədər futbolçu çıxıb. Ancaq ən acınacaqlısı ondadır ki, “Turan” onlarla yox, az qala hər oyunda heyətin yarısı legionerlər ola-ola I diviziona düşdü. Bax, əsl problem budur. Əgər legionerlə də Premyer Liqada qala bilmirsənsə, onları gətirməyin nə mənası var? Üstəlik, maddi problemlərin olduğunu hər dəfə deyirsənsə, niyə boşuna artıq xərcə düşəsən? Ondansa elə gənc, təcrübəsiz yerli futbolçularla I diviziona düşərdin. Bir də ki vaxtilə çempionluq, medallar uğrunda mübarizə aparan “Turan” son illərdə elə problemlər məngənəsinə düşmüşdü ki, əvvəl-axır belə aqibətlə üzləşməli idi. Klubda da təkcə baş məşqçi yox, prezident postunda, ümumiyyətlə, rəhbərlikdə tez-tez dəyişikliklər sonda “Turan”ın başında çatladı.
Şəxsən mənim üçün məsələnin başqa tərəfi də üzücüdür. Axı “Turan” 1994-cü ildən başlayan avrokuboklarda ilk təmsilçimiz, belə demək mümkünsə ilk qaranquşumuzdur. Məhz 19 il öncə UEFA kubokunun ilk mərhələsində “Fənərbaxça”ya rəqib olan tovuzlular Avropaya yolumuzu açdılar. Onda “Turan” tarixində ilk və hələlik yeganə çempionluğunu qazansa da, UEFA komandamızı Çempionlar Liqasına yox, UEFA kubokuna buraxdı. İstanbulda 0:5, Sumqayıtda 0:2 hesabı ilə uduzan “Turan” tanınmış türkiyəli mütəxəssis Bülənt Uyğunun bizə vurduğu ilk qolla Avropada çıxışımızın əsasını qoydu.
Tovuzla Gəncənin yüksək liqadan silinməyi ilə Qərb bölgəsi tam futbolsuz qalır. Vaxtilə Qazax “Göyəzən”, Ağstafa “Avey”, Şəmkir eyni adlı komanda, Yevlax “Karvan”la güclülər dəstəsində təmsil olunurdusa, indi böyük boşluq yaranıb. UEFA kubokunda ilk dəfə mərhələdə adlayan “Karvan”, bu turnirdə oynamış İmişli “MKT Araz”ı, habelə “Avey” heç I divizionda da oynamadan dağılıb. Çempionlar Liqasında ilk mərhələ adlamış “Şəmkir” isə gününü I divizionda autsayder kimi keçirir.
Yəni bütün bunlara nəzər saldıqda, ilk dəfə aşağı dəstədə oynayacaq “Turan”ın da süquta uğradığını demək olar. Nə qədər üzücü də olsa reallıq belədir ki, bizdə I diviziona düşən komanda dirçələ bilmir. Adicə “Kəpəz”i misal göstərmək olar ki, Gəncə 4 il futbolsuz qalandan sonra hələ də özünə gələ bilmir. “Turan”ın I divizionda iştirak edəcəyinə, yenidən iddialı olub yüksək liqaya çıxacağına isə heç kim zəmanət verməz. Deməli, Gəncədə, Tovuzda qazonu dəyişdirilərək, süniyə çevrilən meydançalar hələ bir müddət güclülər dəstəsini gözləməli olacaq.
Mehman SÜLEYMANOV

0
0