“Qəbələ”nin futbolçusu beynəlxalq turnirin ən yaxşısı oldu
14.05.2013 - 10:24
“Qəbələ”nin futbolçusu beynəlxalq turnirin ən yaxşısı oldu
17 yaşadək futbolçulardan ibarət yığma komandamız mayın 9-dan 13-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunmuş "Prezident kuboku" turnirində iştirak edib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri turnirdə IV yeri tutub.

Qazaxıstan və İran komandaları arasında keçirilmiş final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Yığmamızın və “Qəbələ”nin üzvü Roman Hüseynov "Turnirin ən yaxşı yarımmüdafiəçisi" nominasiyasında mükafata layiq göürülüb.

Qeyd edək ki, U-17 qrup mərhələsində Gürcüstan (2:1), “Botafoqo” (2:0) və İranla (0:2) qarşılaşmışdı. Komandamız turnirin 3-cü yeri uğrunda isə Litvaya 0:1 hesabı ilə yenilmişdi.
0