Gökdəmir millinin oyunlarını buraxa bilər
14.05.2013 - 10:51
“Hannover 96”nın üzvü olan Əli Gökdəmir millimizin qarşıdakı 2 oyununu buraxa bilər. Apasport.az saytının məlumatına görə, bunu futbolçunun özü ona məxsus olan sosial şəbəkə ünvanında paylaşdığı statusla bildirməyə çalışıb.
Uzun müddətdir zədədən əziyyət çəkən Gökdəmir statusunda tamamilə sağalmadığını belə ifadə edib: “Milli komandaya dəvət almışam, amma yenə zədə problemlərim var. Artıq salonda çalışmalara başlamışam. Hazır olmağa çalışacam əlimdən gələn qədər. Lüksemburqa qarşı oynayıb, qələbə qazanıb azerkeşləri sevindirməkdə pay sahibi olmaq istəyirəm”.
Qeyd edək ki, Gökdəmir mayın 29-da Qətərlə yoldaşlıq oyunu və iyunun 7-də Lüksemburqla seçmə mərhələ görüşünə dəvət alıb.

0
0