PFL: “Neftçi” çempion olsun...
14.05.2013 - 13:12
Son günlər Azərbaycan Superkubokunun keçirilməsi müzakirələrə səbəb olub. Təqvimin sıxlığı üzündən 18 ildən sonra bərpası gündəmə gələn qarşılaşma baş tutmaya da bilər. Apasport.az saytının məlumatına görə, çempionat, kubok və milli komandanın oyunlar ilə əlaqədar çox sıx olan təqvim ilinin ardından qısa istirahət və avrokubokların startı ərəfəsində PFL daha bir çətinlik yaşaya bilər.
Belə ki, inandırıcı görünməyən, lakin mümkünsüz də olmayan “Qızıl oyun” təşkilatçıları lap çıxılmaz vəziyyətə salar. Çünki mayın 20-də başa çatacaq çempionatın ardından ayın 28-də kuboka yekun vurulacaq və milli üzvləri iyunun 7-dək bir araya gələcək. Bundan sonra isə istirahət başlayacaq.
Bu isə o deməkdir ki, təqvimdə “Qızıl oyun”a yer yoxdur.
Amma “Qarabağ”ın yeganə ümidi də məhz budur. Ağdam təmsilçisi hər 2 oyunda qalib gəlib, “Neftçi”nin məğlubiyyətlərini arzulayır. Belə olan halda, hər 2 komandanın 61 xalı olacaq ki, o zaman “Qızıl oyun” qaçılmazdır. Yəni, vaxt axtarışına çıxacaq PFL çətin durumda qalacaq. Buna yalnız “Neftçi” mane ola bilər. Qurumu çətinlikdən xilas etmək üçün bakılılar 1 xal qazanmaqla, “Qızıl oyun”a “yox” deyə bilərlər.
Düzdü, çoxları “Qızıl oyun”un varlığını unudub. Çünki əvvəllər ləğv olunan bu qayda yalnız bir neçə il əvvəl bərpa edilib. Bundan xəbərsiz olanlar isə möcüzə sayəsində – xalların bərabərləşəcəyi halda “Qarabağ”ın şəxsi oyunlara əsasən çempion olacağını düşünürlər.
Lakin PFL-in dərc etdirdiyi “2012/13-cü il mövsümü Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kuboku uğrunda yarışların Əsasnaməsi, intizam qaydaları və təqvimi”ndə məhz “Qızıl oyun”un varlığı əks olunub.
Belə ki, Əsasnamənin 4.2 maddəsində yazılıb: “İki komandanın topladığı xallar bərabər olarsa, Premyer Liqanın qalibi bitərəf meydanda keçiriləcək əlavə oyunla (Qızıl oyun) müəyyən olunur”.

0
0