“Lev Yaşinə məndən başqa heç kim 5 qol vurmayıb” – MÜSAHİBƏ
14.05.2013 - 13:52
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin apasport.az saytına müsahibəsi
- Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Azərbaycanla beynəlxalq veteranlar yığması arasında yoldaşlıq görüşündə sizi görə bilmədik. Həmin vaxt Rusiyada idiniz...
- Bəli. Təcili çağırdılar və gedəsi oldum. Adətən belə oyunlarda hesab 3:3, heç-heçə olur. Matçda temp olmur, veteranlar çoxdan görüşmür, özlərini göstərmək istəyirlər. Belə oyunlarda idman mübarizəsi olmur.
- Artıq 73 yaşınız var. Dəvət olsaydı, meydana çıxmağa hazır idiniz?
- Əlbəttə. Üstəlik, çəkimi azaltmışam, rahat oynaya bilərdim. Demirəm ki, 90 dəqiqə, ancaq 15-20 dəqiqə top qovmağı bacararam.
- Nə qədər çəki atmısınız?
- 115 kilo idim, indi 100 olmuşam.
- Arıqlamaq üçün nəyə diqqət yetirirsiniz?
- Adi rejimdir, pəhriz saxlamıram. Adi yeməklər yeyirəm. Sadəcə, ət, yağlı, şirin şeylər yox. Çalışıram ki, çörək az yeyim. Bir də çox hərəkət edib, faydasını görürəm.
- Çəkinizin neçə kq olmağını istəyirsiniz?
- Hardasa 96-97 kq. Məhz belə çəkidə özümü yaxşı hiss edirdim.
- Bu yaşda gümrah, cavan görünməyinizin əsas sirri nədir?
- Ona görə cavanam ki, əhatəmdəkilər gənclərdir, onlar mənə dəstəkləyir. Yanımda olanları görmək mənə həmişə xoşdur. Az münaqişə olur. Bir də ki əsas məsələ ondadır ki, dənizdə doğulub, boya-başa çatmışam. Mən dənizçi adamam, əsl ələtliyəm. Orda o qədər dənizdə çimmişəm ki...Allah mənə belə yaxşı nəfəs verib.
- Futbol oynayırsınız?
- Bəli. Əgər kimsə mənə pul verirsə, oynayıram (gülür). Əlbəttə, bu, bir zarafatdır. Hərdən meydana çıxıram, vəssalam.
- Qol vurursunuz?
- Əlbəttə. Axı mən hücumçuyam, necə qol vura bilmirəm?
- Əfsanəvi qapıçı Lev Yaşin demişdi ki, Tuayev ən çəkindiyi hücumçu olub. Çünki siz yeganə hücumçu olmusunuz ki, zərbəni hara vuracağınızı əvvəldən heç cürə bilə bilmirmiş...
- Bəli, qapıya elə zərbə vururdum ki, topun hara gedəcəyini heç özüm də bilmirdim (gülür). Amma onu da bilin ki, mən Yaşinə 5 qol vurmuşam. Heç bir futbolçu ona bu qədər qol vura bilməyib. Məgər indi oynanılan topdur? O vaxtkı toplar elə ağır idi ki... Əgər biz indiki toplarla oynasaydıq, zərbədən sonra onu tapmaq olmazdı.
- SSRİ çempionatında rusiyalı digər rəqibiniz olmuş Yuri Syomin ötən həftə ölkəmizdə gəlmişdi. “Qəbələ”nin baş məşqçi postuna gətirmək istədiyi bu mütəxəssislə əlaqəniz oldu?
- Yox. Mən “Qəbələ”nin Syominlə əməkdaşlıq fikrini alqışlayıram. Syomini yaxşı tanıyıram, çox yaxşı insandır, işini bilən mütəxəssisdir, gözəl futbolçu olub. Moskva “Dinamo”sunun heyətində bizə qarşı çox oynayıb. Syomin kimi əla məşqçiləri dəvət etməyimiz lazımdır. Onların gəlişinə ikiəlli razıyam. Əvvəla, Syomin futbolumuzu yaxşı tanıyır, komandalarımızla çox görüşüb, burda xeyli dostu var. “Dinamo”da birgə oynadığı Valeri Hacıyevlə çox yaxındır. Ələkbər Məmmədova, Yuri Kuznetsova böyük hörməti var. Syomin futbolumuza əsl fayda verə bilər.
- Məsələn, nədə?
- Bilirsiniz, belə böyük məşqçilər gələndə, onlardan istifadə etmək lazımdır. Onlarla mütləq söhbətləşmək lazımdır ki, gənc, ümidverici məşqçilərlə öz təcrübələrini bölüşsünlər. Tez-tez nümunəvi çıxışlar etsinlər, master-klass göstərsinlər. Gənc mütəxəssislər də Syomin, Toşak kimi məşqçilərdən öyrənməli, təcrübə toplamalıdır. Mənə çox xoşdur ki, ölkəmizdə güclü mütəxəssislər işləməyə başlayır. Daha bizimkilərdən pis olanlar yox. Bu, yolverilməzdir və belə əcnəbilərə qarşıyam. Yaxşıları isə böyük məmnuniyyətlə görmək istəyirəm.
- Sizin də məşqçilik karyeranızda uğurlar olsa da, 10 ilə yaxındır bu işdən kənarda qalmısınız...
- Belə alındı. Bunda heç bir dəhşətli şey yoxdur. Uşaq futbolunun inkişafına çalışıram və ümumilikdə futbolumuzda baş verənlərdən xəbərdaram. Uşaqlarımız çoxdur, çox istedadlıdırlar. Mən həmişə deyirəm ki, bizim uşaqlar futbol baxımından təbiətcə cəld, elastikdir. Təsadüfi deyil ki, Boris Arkadyev “Azərbaycan istedadlar bolluğudur” deyib. Bizim məktəbdən çıxan ən yaxşı futbolçu Rəşad Sadıqovdur. O, Azərbaycanın müstəqillik dövründə ən yaxşı futbolçusudur.
- Rəşadı yenə ruslara, həmkarınız Valeri Qazzayevə məsləhət görürsünüz? Yoxsa müdafiəçinin artıq 31 yaşı olduğuna görə bunu daha məqsədəuyğun saymırsınız?
- Mən bir dəfə Rəşada görə Qazzayevlə dalaşdım, daha bu mövzuya qayıtmaq istəmirəm. Demişdim ki, onu həmin vaxt çalışdırdığı MOİK-ə götür. Qazzayev isə bunu qəbul etməyərək, öz fikrində qaldı, mən də daha Sadıqovla bağlı onunla danışmıram.
Mehman SÜLEYMANOV

0
0