Yığmamız Quşadasına yollanır
14.05.2013 - 16:05
Mayın 18-25-də Türkiyənin Quşadası şəhərində usta ağır atletlər arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Belə ki, komandamız səfərə Veteran Ağır Atletlər İctimai birliyinin sədri Natiq Ağayev və baş məşqçi Oqtay Muxtarovun rəhbərliyi altında 10 idmançı ilə yollanacaq. Millimizin heyətinə Xatirə Şahverdi (45-49 yaş qrupunda, 63 kq), Səbinə Rzayeva (35-39, 69 kq), Vladimir Jilyayev (65-69, 85 kq), Akif Alıyev (50-54, 56 kq), İltifat Məmmədov (45-49, 94 kq), Namiq Ağayev (45-49, 77 kq), Teymur Əliquliyev (45-49, 85 kq), Natiq Ağayev (45-49, 105 kq), Aftandil Hümbətli (35-39, 69 kq) və Emil Əliyev (35-39, 105 kq) podimua çıxacaq.
Qeyd edək ki, yarışda 27 ölkənin 300-dən çox atleti iştirak edəcək.

0
0