Superkubokda “Böyük oyun”
14.05.2013 - 18:35
Superkubokda “Böyük oyun”
18 ildən sonra keçiriləcək Azərbaycan Superkubokunun iştirakçılarının adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu gün “Qəbələ” ilə heç-heçə edib, çempionluğu təmin edən “Neftçi” iyunun 27-də baş tutmalı olan qarşılaşmaya da vəsiqə əldə edib.

Azərbaycan kubokunun mayın 28-də baş tutacaq finalında çempionla “Xəzər Lənkəran” qarşılaşacağından sonuncular da Superkubokda da oynamaq hüququ əldə edib. Bu isə kubokun finalından 1 ay sonra “Böyük oyun”un yenidən keçiriləcəyi deməkdir.

Lakin həmin dövrdə komandalar avrokuboklara hazırlıq prosesində olduğundan qarşılaşmanın vaxtı dəyişdirilə bilər. Buna baxmayaraq matçın hansı tarixdə baş tutmasından asılı olmayaraq Supekubok “Böyük oyun”la bərpa olunacaq.

TARİX
ÇEMPİON
KUBOK SAHİBİ
HESAB
SUPERKUBOK
21.02.1993
Neftçi
İnşaatçı B
4:1
NEFTÇİ
1993
Qarabağ
Qarabağ
-
QARABAĞ
23.06.1995
Turan
Neftçi
1:1 p.9:10
NEFTÇİ
27.06.2013
Neftçi
Xəzər Lənkəran