Azərbaycan futbolunda görünməmiş hadisə
14.05.2013 - 18:44
Topaz Premyer Liqasının XXXI turu Azərbaycan futbolunda görünməmiş hadisə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, səfərdə “Qəbələ” ilə heç-heçə edən “Neftçi” ardıcıl 3-cü dəfə çempion titulunu qazanıb. Ən yazın izləyicisini sona 1 tur qalmış 4 xal qabaqlayan bakılılar kimi “Qarabağ” və “İnter”in də yerləri dəqiqləşib. Ağdamlılar gümüş, bakılılar bürüncü təmin edib.
Ötən mövsümdə XXX, ondan əvvəl isə daha tez XXIX turda çempionluğu təmin edən “ağ-qaralar” ardıcıl 3 dəfə Azərbaycanın ən yaxşısı olan ilk komanda oldu. Azərbaycan çempionatlarının 21 illik tarixində bunadək ardıcıl 3 dəfə qızılı qazanan olmamışdı. Ən yaxşı halda hansısa klub 2 çempionluğu sıralamışdı. “Neftçi” 2, “Kəpəz”lə “Şəmkir” 1 belə seriyaya imza atmışdı.
1996/97 mövsümünün mübahisəli çempionluğunu “Neftçi”yə saymaqla bakılılar 8-ci dəfə qızıl medalların sahibi oldu. Düzdür, 16 il əvvəl AFFA-nın əsasnaməsinə görə “Qarabağ” çempion olmuş və layiq olduğu medalları boynundan asmışdı. Lakin UEFA “Neftçi”ni çempion sayaraq Çempionlar Liqasına buraxmışdı, elə indiki PFL də bakılıları çempion hesab edir. “Neftçi”nin də həmin mövsüm özünü çempion elan etdiyi halda, indiki “Qarabağ” rəhbərliyi həmin vaxt qazanılan qızılı hesabına yazdırmaq niyyətindən uzaqdır.
Qeyd edək ki, “Neftçi”nin 8 çempionluğundan başqa “Kəpəz”in 3, “İnter”, “Bakı”, “Şəmkir” hərəyə 2, “Xəzər lənkəran”, “Turan”, “Qarabağ”ın hərəyə 1 çempion titulu var.

Mövsüm | çempion | II yer | III yer |
1992 | “Neftçi” Bakı | “Xəzər” Sumqayıt | “Turan” Tovuz |
1993 | “Qarabağ” Ağdam | “Xəzər” Sumqayıt | “Turan” Tovuz |
1993/94 | “Turan” Tovuz | “Qarabağ” Ağdam | “Kəpəz” Gəncə |
1994/95 | “Kəpəz” Gəncə | “Turan” Tovuz | “Neftçi” Bakı |
1995/96 | “Neftçi” Bakı | “Xəzri” Buzovna | “Kəpəz” Gəncə |
1996/97 | “Neftçi” Bakı | “Qarabağ” Ağdam | “Xəzri” Buzovna |
1997/98 | “Kəpəz” Gəncə | “Dinamo” Bakı | “Şəmkir” |
1998/99 | “Kəpəz” Gəncə | “Şəmkir” | “Neftçi” Bakı |
1999/2000 | “Şəmkir” | “Kəpəz” Gəncə | “Neftçi” Bakı |
2000/01 | “Şəmkir” | “Neftçi” Bakı | “Viləş” Masallı |
2001/02 | Yarımnıq qalıb | ||
2002/03 | Keçirilməyib | ||
2003/04 | “Neftçi” Bakı | “Şəmkir” | “Qarabağ” Ağdam |
2004/05 | “Neftçi” Bakı | “Xəzər-Lənkəran” | “Karvan” Yevlax |
2005/06 | “Bakı” | “Karvan” Yevlax | “Neftçi” Bakı |
2006/07 | “Xəzər-Lənkəran” | “Neftçi” Bakı | “Bakı” |
2007/08 | “İnter” Bakı | “Olimpik” Bakı | “Neftçi” Bakı |
2008/09 | “Bakı” | “İnter” Bakı | “Simurq” Zaqatala |
2009/10 | “İnter” Bakı | “Bakı” | “Qarabağ” Ağdam |
2010/11 | “Neftçi” Bakı | “Xəzər-Lənkəran” | “Qarabağ” Ağdam |
2011/12 | “Neftçi” Bakı | “Xəzər-Lənkəran” | “İnter” Bakı |
2012/13 | “Neftçi” Bakı | “Qarabağ” Ağdam | “İnter” Bakı |
0
0