”Qırmızı vərəqə oyunumuza təsir etdi”
14.05.2013 - 19:01
”Qırmızı vərəqə oyunumuza təsir etdi”
“İlk dəqiqələrdən oyuna yaxşı başladıq. “Qarabağ”ın fərqlənmək üçün imkanları olurdu, lakin istifadə edə bilmirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer liqasının XXXI turunun “Bakı” ilə oyunundakı 1:3 hesablı məğlubiyyətə şərh verib: “Müdafiədə buraxdığımız səhvlərdən qapımızda 3 qol gördük. Rauf Əliyevin qırmızı vərəqə alması oyunumuza təsir etdi. Qarşıda son oyunumuz var”.

Mənbə: pfl.az