Kaxaber Sxadadze: Qoy, Zaqatala camaatı görsün ki...
14.05.2013 - 19:11
Kaxaber Sxadadze: Qoy, Zaqatala camaatı görsün ki...
“Rəqibi qələbə ilə təbrik edirəm. Komandam oyuna yaxşı başlamadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXXI turunun “Simurq”la oyunundakı 0:1 hesablı məğlubiyyət haqda fikirlərini bildirib: “Əvvəl deyirdilər ki, “Simurq” “İnter”in farm-klubudur. Qoy Zaqatala camaatı görsün ki, bu, belə deyil. Yeni mövsümdə “İnter”də qalsam, radikal dəyişikliklərə əl atacam, komandanı daha yaxşı formalaşdıracam”.

Mənbə: pfl.az