Yozef Blatter italiyalıların qərarına narazıdır
14.05.2013 - 20:48
FİFA prezidenti Yozef Blatter İtaliya Futbol Federasiyasının qərarı ilə razılaşmayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri sözügedən ölkənin İntizam Komitəsinin “Roma”nı azarkeşlərinin stadionda irqçiliklə bağlı dini nəğmələr oxuması ilə bağlı 50 min avro məbləğində cərimələməsinə qarşı çıxıb.
Blatter federasiyanın bununla əlaqədar olaraq araşdırma aparmasının lazımlığını bildirib: “Bu, məni təəccübləndirdi. Anlaya bilmirəm ki, İntizam Komitəsi sadəcə klubu cərimələdi. Onlar hadisə ilə bağlı heç bir araşdırma aparmadılar. Və yalnız komandanı pul cəzası ilə cərimələdilər. Bu, yolverilməz və qəbuledilməz bir şeydir. Pulu həmişə tapmaq olar. Belə hadisə üçün 50 min avro nədir? Mən İtaliya Futbol Federasiyası ilə danışacağam. Belə məsələlər mübarizənin həlli deyil”.
Qeyd edək ki, İtaliya A seriyasının XXXVII turu çərçivəsində “Roma” – “Milan” qarşılaşmasında meydan sahiblərinin azarkeşlər stadionda irqçiliklə bağlı dini nəğmələr oxumuşdu. İntizam Komitəsi isə ötən gün paytaxt klubunu 50 min avro məbləğində cərimələməmişdi.

0
0