Yupp Haynkes: “Bavariya” yeni eraya başlamaq istəyir
15.05.2013 - 06:18
Yupp Haynkes: “Bavariya” yeni eraya başlamaq istəyir
“Şənbə günü “Münhenqladbax “Borussiya”sına qarşı matç mənim üçün Bundesliqada son olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bavariya”nın baş məşqçisi Yupp Haynkesə məxsusdur.

Təcrübəli mütəxəssis mövsümün sonunda Münhen klubundan gedəndən sonra heç bir klubda çalışmaq fikrində deyil: “Sən iki il “Bavariya” ilə uğur qazanırsansa, demək əla səviyyədə işləyirsən. Hətta artıq Almaniyada maraqlı heç nə görmürsən. Əgər mən daha gənc olsaydım, onda çempionat xaricində işləmək haqda düşünərdim. Amma mən daha gənc deyiləm. “Bavariya” yeni eraya başlamaq istəyir. Və burada da 68 yaşlı məşqçi ilə işləmək olmaz”.

Qeyd edək ki, yeni mövsümdən etibarən “Bavariya”nı Xosep Qvardiola çalışdıracaq.