“Çelsi” tarixə düşdü
16.05.2013 - 00:37
Avropa Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin tarixində 43-cü finalda “Benfika” ilə “Çelsi” üz-üzə gəlib.
“Zadəganlar” Portuqaliya klubunu 2:1 hesabı ilə məğlub edərək, ardıcıl ikinci dəfə avrokuboklara sahib olub.
Belə ki, ötən mövsüm Çempionlar Liqasını (ÇL) qazanan London təmsilçisi, sonrakı ildə bu turnirə sahib olan ilk komanda kimi tarixə düşüb.
Qarşılaşmada isə hesab ikinci hissədə açılıb. 60-cı dəqiqədə ispaniyalı hücumçu Fernando Torres “Çelsi” azarkeşlərini sevindirib. Lakin 8 dəqiqə sonra “Benfika” görüşdə cavab qolunu vurmağa müvəffəq olub. Oskar Kardoso fərqlənib. Hər kəs matçın əsas vaxtının bu hesabla başa çatacağını düşündüyü bir vaxtda, Branislav İvanoviç 90-cı dəqiqəyə əlavə edilən 3-cü dəqiqədə “Çelsi”nin qələbə qoluna imza atıb.
Qeyd edək ki, londonlular UEFA bayrağı altında keçirilən hər 3 yarışın qalibi olan 5-ci komanda ünvanına yiyələnib. Belə ki, ötən il ÇL-nin qalibi olan “zadəganlar” 1971 və 1998-ci illərdə artıq keçirilməyən Kuboklar Kubokunu əldə edib. İndiyə kimi 4 klub – “Bavariya”, “Barselona, “Yuventus” və Ayaks” hər 3 turniri qazanmağı bacarıb.
Avropa Liqası, final
15 may
“Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə) - 1:2
QOLLAR: Oskar Kardoso, 68-pen - Fernando Torres, 60, Branislav İvanoviç, 90+3
Amsterdam. “Amsterdam Arena” stadionu
Baş hakim: Byorn Kaypers (Hollandiya)
“Benfika”: Artur, Luizao, Qaray, Almeyda, Melqarexo, Matiç, Qaytan, Peres, Salvio, Kardoso, Rodriqo
Ehtiyat oyunçular: Lopeş, Jardel, Aymar, Urreta, Qomeş, Lima, Con
“Çelsi”: Peter Çex, İvanoviç, Co Koul, Luis, Kehill, Aspilikueta, Ramires, Lempard, Oskar, Mata, Torres
Ehtiyat oyunçular: Ternbull, Ferreyra, Ake, Mikel, Marin, Benayun, Moses

0
0