“Biz çempionluğu “Neftçi” ilə matçda uduzmadıq” - MÜSAHİBƏ
15.05.2013 - 09:48
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun apasport.az saytına müsahibəsi
- “Bakı”ya qalib gəlməklə gümüş medalları özünüzə təmin etdiz. Qarşılaşma haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Hava isti idi. Ona görə də oyun çətin keçdi. 3:1 hesabı ilə qalib gəldik. Mövsümün sonlarıdır. İstəyirdik ki, qələbə qazanaq. Az da olsa da ümid vardı ki, “Qəbələ” “Neftçi”ni məğlub edəcək və intriqa son turadək qalacaq. Alınmadı, onları təbrik edirik.
- Hesabda geriyə düşdükdən sonra həyəcan vardımı ki, “İnter” sizi keçə bilər? Çünki “bankirlər” Zaqatalada “Simurq”a qalib gəlsəydi, sizi turnir cədvəlində qabaqlayacaqdı...
- Elə bir həyəcan yox idi. Diqqətlə baxsaq, görərik ki, oyun bizim nəzarətimiz altında idi. Düzdür, “Bakı” hücum edib 1 qol vurdu. Ancaq inanırdım ki, sonda qalib gələcəyik.
- Nəzəri olaraq çempionluq şanslarınız qalsa da, çoxları bunun mümkünsüz olduğunu deyirdi. Səmimi deyin: arada 6 xal fərq olmasına baxmayaraq, çempion olacağınıza özünüz inanırdız?
- Mən optimistəm. Bu üzdən bütün fikirlərim də həmişə optimist olub. İstər dini, istərsə də dünyəvi nöqteyi nəzərdən həmişə yaxşı şeyi fikirləşək. Futboldur, olmadı belə, oldu belə. “Qəbələ” 1 penaltini vura bilməyib. Elə ola bilərdi ki, həmin penalti vurulsaydı, “Neftçi” uduza bilərdi. Heç onu bir kənara qoyuram. Özümüz xal itirsəydik, 2-ci yer əldən gedə bilərdi.
- Bir çox oyunlarda ehtiyatda qaldız. Bununla belə, “Qarabağ”la ilk gümüşünüzü qazandız. Bu mövsümü özünüz üçün necə dəyərləndirirsiz?
- Belə baxanda uğurlu mövsümdür. Hardasa 5-6 oyunda ehtiyatda qaldım. Demək olar ki, “altılıq” oyunlarına kimi əsas heyətdə yer alırdım...
- Qışda yeni transferlər ediləndən sonra daha çox ehtiyatda qalmağa başladız...
- Yeni transferlərdən sonra taktiki gedişlər oldu. Bu bizə aid olan bir şey deyil. Ümumi götürdükdə, uğurlu mövsümdür. Əsas odur ki, 2-ci olduq, gümüş medal qazandıq. Düzdür, çempion olmaq istəyirdik. Çempionluq bir komandaya verilir. Ancaq hamı 1-ci yeri tutmaq istəyir. Qismətdə 2-ci yer imiş. Buna da min şükür.
- “Neftçi”nin ardıcıl 3-cü çempionluğuna münasibətinizi də bilmək istərdik. Layiqli çempion oldular?
- Onları təbrik edirəm. Hər halda, layiqli olarlar da...
- Çünki sizinlə oyunlarda hakim səhvləri göz oxşayırdı...
- Biz onlara çempionatda 3 oyunda qalib gəldik. Sadəcə olaraq, sonuncu oyunumuzda onlara yenildik. Bu da elə bil ki, həlledici oldu... Ancaq biz çempionluğu “Neftçi” ilə matçda uduzmadıq. Bəzi oyunlar vardı ki, orda lazımsız xallar itirdik. Bu da öz sözünü sonda dedi.
- Avrokuboklar üçün darıxmışdızmı?
- Əlbəttə ki. 1 il beynəlxalq arenada oynamadıq. Həmişə demişəm ki, “Qarabağ”ın daim Avropada oynamasını istəyirəm. Çünki gərək komanda adına görə həmişə Azərbaycanı təmsil etsin. Bu tək idman yox, siyasi cəhətdən də bizim üçün xeyirlidir. Ona görə də gərək “Qarabağ” həmişə orda çıxış etsin və uğur qazansın.
Səbuhi TOFİQOĞLU

0
0