Flavinyo: “Neftçi”nin çempionluqlarında bizim xidmətimiz böyükdür
15.05.2013 - 10:21
“Çempionatın əvvəlində komandamızın problemi var idi. Avropa Liqasının qrup mərhələsində çıxış etdiyimizdən Premyer Liqada zəif komandalarla matçlarda xallar itirirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo deyib.
30 yaşlı yarımmüdafiəçi ardıcıl 3-cü dəfə Azərbaycan çempionu titulunu qazanmasının sevincini braziliyalı həmkarlarımızla bölüşüb: “Sonradan məğlubiyyətsiz 9 oyun keçirməklə vəziyyətimizi yaxşılaşdırdıq. Çempionluq qazandığımız əvvəlki 2 mövsümlə müqayisədə rəqabət bu dəfə daha böyük idi. Şübhəsiz ki, mübarizə gərginliyi ilə seçilirdi”.
Flavinyo “Neftçi”nin uğurlarında braziliyalıların rolunu xüsusi vurğulayıb: “Azərbaycanda futbolun inkişafında braziliyalı oyunçuların rolu çox vacibdir. “Neftçi” ölkədə ən çox braziliyalısı olan 3 komandadan biridir. Əminəm ki, komandamızın son 3 ildə qazandıqlarında braziliyalıların böyük xidmətləri var. Bu illər “Neftçi”nin tarixində ən yaxşı vaxtlardır”.
Qeyd edək ki, Flavinyonun daha 2 həmyerlisi Denis Silva və Bruno Bertuççi də cari mövsümdə Azərbaycan çempionu titulunu qazanıb.

0
0