“Bu, o demək deyil ki, Raabla vidalaşacağıq”
15.05.2013 - 11:03
“Bu, o demək deyil ki, Raabla vidalaşacağıq”
“Sumqayıt” almaniyalı baş məşqçisi Bernhard Raabın gələcək taleyinə hələ aydınlıq gətirməyib. Klubun prezidenti Kamran Quliyev apasport.az saytına açıqlamasında baş məşqçi məsələsinə mövsüm bitəndən sonra baxacaqlarını bildirib.

Onun sözlərinə görə, çempionat başa çatmamış bu haqda açıqlama verməyi düşünmürlər: “Raabın müqaviləsi cari mövsümün sonunda bitir. Ancaq bu, o demək deyil ki, almaniyalı mütəxəssislə vidalaşacağıq. Açıq qalan məsələlər var ki, buna aydınlıq gəlməlidir”.

Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqamızda hər 2 mövsümdə baş məşqçisi olduğu 46 yaşlı Raabı yerli mütəxəssislə əvəzləyəcəyi deyilir.

Mehman SÜLEYMANOV