Kim yalan danışır: “Qarabağ”, yoxsa Əfran?
15.05.2013 - 12:04
“Əfran İsmayılovun heyətdən kənarda qalması hazırda fiziki formada olmamağı ilə bağlıdı. Bu üzdən onun adını “18-liy”ə daxil etmədik”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Elvin Məmmədov, Rəşad Sadiqov və Rauf Əliyevdən sonra “Qarabağ”ı daha bir futbolçu - Əfran İsmayılovun da tərk edəcəyi deyilir. Hətta Əfranın da Elvin və Rauf kimi “Bakı”ya keçəcəyi, bu komanda ilə anlaşdığı iddia olunur. Bu üzdən “Qarabağ” tərəfi Əfranı son 2 turda – “İnter” və “Bakı” ilə qarşılaşmalarda nəinki meydana buraxmağa, hətta adını “18-liy”ə daxil etməyə ehtiyac görməyib.
Qurbanovun sözlərinə görə, hələ Əfranla danışıqlar aparılmayıb: “Əfranın müqaviləsi bu ay başa çatır. Hələ onunla danışıqlar aparmamışıq. Amma planlarımızda onunla da danışıqlar aparmaq var”.
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl isə dünən saytımıza açıqlamasında heyətin məşqçi tərəfindən müəyyənləşdirildiyini bildirmiş, Əfranın heyətdən kənar qalmasına dair sualların Qurbanova verilməli olduğunu işarə vermişdi. Qurbanov isə bu durumu onun fiziki formasının qaydada olmamağı ilə əlaqələndirir. Ancaq qışdan bəri formada olmayan Əfranın dəfələrlə meydana buraxılmasına şahidlik etmişik. Deməli, bu açıqlamanın bir bəhanə olduğunu əminliklə söyləmək olar.
Üstəlik, klub rəsmilərinin futbolçu ilə danışıqlar aparılmamasını bildirməsi də inandırıcı deyil. Çünki Əfran açıqlamasında “Qarabağ”ın təklif etdiyi yeni müqavilə şərtləri ilə razı olmadığını bildirib. Hər şey isə “Qarabağ” – Əfran İsmayılov izdivacının tezliklə başa çatmasına doğru gedir…
Səbuhi TOFİQOĞLU

0
0