Berti Foqtsun köməkçisi almanlarla dil tapmadı
15.05.2013 - 13:39
Berti Foqtsun köməkçisi almanlarla dil tapmadı
Azərbaycan millisinin məşqçisi Olaf Yansenin karyerasını Almaniyada davam etdirməsi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun köməkçisinin Kölnün “Viktoriya” klubunun baş məşqçisi təyin olunacağı gözlənilirdi. Lakin bu təyinat gerçəkləşməyib.

Belə ki, klub rəhbərliyi ilə bir araya gələrək müqavilənin şərtlərini müzakirə edən Yansen kölnlülərlə ortaq məxrəcə gələ bilməyib. Danışıqların yarımçıq dayandırılmasını “Viktoriya” rəsmisi Frans Vunderlix elan edib: “Biz Yansenlə maliyyə məsələlərində razılığa gələ bilmədik. Elə müqavilənin müddəti ilə bağlı da əks qütblü baxışlarımızın olduğu üzə çıxdı”.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2008-ci ildən millimizdə çalışır.