Bakıdakı beynəlxalq turnirin oyunları canlı yayımlanacaq
15.05.2013 - 13:55
Bakıdakı beynəlxalq turnirin oyunları canlı yayımlanacaq
Mayın 29-dan iyunun 5-dək Bakı şəhərində ənənəvi III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirin oyunları “İdman Azərbaycan” telekanalı və www.affatv.az saytı vasitəsilə canlı yayımlanacaq.

Yarışın təqvimi ilə tanış olmaq üçün AFFA-nın rəsmi saytının baş səhifəsinin sağ tərəfindəki müvafiq bannerə, yaxud "Ümumi məlumatlar" bölməsindəki "Caspian Cup - U-17" linkinə daxil olmaq lazımdır.

Mənbə: affa.az