Topaz Premyer Liqasında yeni rekord
15.05.2013 - 14:00
Topaz Premyer Liqasında yeni rekord
Topaz Premyer Liqasında 2012/13 mövsümünün yeni rekordu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXXI turun 6 oyununda 24 qol vurulub. Nəticədə hər oyunda orta məhsuldarlığın 4-ə bərabər olduğu tur çempionatın yeni rekordudur. Bu, XXII turda qeydə alınan məhsuldarlıq rekordundan 3 top və ya 0,5 çoxdur.

Rekordun qeydə alınmasında 2 oyunun böyük rolu olub. Belə ki, 24 qolun 2/3-si “Turan” – “Kəpəz” və “Rəvan” – AZAL matçlarında vurulub. Hər 2 oyun qonaqların eyni - 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” matçı nəzərə alınmamaqla 185 oyunda qapılardan 453 top keçirilib.

Tur
Oyun
Qol
Orta
1
5
13
2,60
2
6
11
1,83
3
6
17
2,83
4
4
14
3,50
5
6
17
2,83
6
5
13
2,60
7
5
7
1,40
8
6
10
1,67
9
6
12
2.00
10
6
7
1,17
11
6
19
3,17
12
6
11
1,83
13
6
19
3,17
14
6
13
2,17
15
6
15
2,50
16
5
11
2,20
17
6
11
1,83
18
5
13
2,60
19
6
16
2,67
20
6
18
3,00
21
6
13
2,17
22
6
21
3,50
Təxirə salınan oyunlar
6
15
2,50
Təsnifat mərhələsi
131
316
2,41
23
6
15
2,50
24
6
14
2,33
25
6
16
2,67
26
6
17
2,83
27
6
15
2,50
28
6
11
1,83
29
6
16
2,67
30
6
9
1,50
31
6
24
4,00
Final mərhələsi
54
137
2,54
Cəmi
185
453
2,45