Fil Nevill: Azərbaycanın U-11 komandasına?
15.05.2013 - 14:07
“Mançester Yunayted” klubunda əfsanəvi baş məşqçi Aleks Ferqyussonun yerinə Devid Moyesi gətirməsi geniş müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, Moyesi bu vəzifəyə layiq görməyənlər arasında hollandiyalı Raymond Verheyen diqqət mərkəzinə düşüb.
Vaxtilə Ermənistan millisinin məşqçisi olan Verheyen Moyesin 6 illik müqaviləyə imza atmasına rişxənd edib: “Bütün dinozavrların dinozavrı dünyanın ən yaxşı klubu ilə 6 illik müqavilə imzaladı. Bu, yalnız daş dövründə mümkün olardı”.
“Mançester Yunayted”in sabiq və indiki ulduzları isə yeni baş məşqçilərinin müdafiəsinə qalxıblar. Komandada bir sıra uğurlar qazanmış, hazırda “Everton”un kapitanı olan Fil Nevill isə daha sərt cavabı ilə seçilib.
O, hollandiyalının Ermənistanın əsas yığmasında Vardan Minasyanın köməkçisi olmasını ölkəmizdə U-11 çalışmaqla eyniləşdirib: “Sən paxıllıq edirsən, Raymond? Sən harda, kimə məşq keçmisən ki? Azərbaycanın U-11 komandasına?”
Qeyd edək ki, Verheyen karyerası ərzində Rusiya, Uels, Cənubi Koreya yığmalarında, Rusiyanın “Kuban” və “Saturn”, vətənində “Feyenoord”un baş məşqçinin köməkçilərindən biri olub.

0
0