Junior Nildo: 20-yə çatan 20-ci futbolçu
15.05.2013 - 14:19
AZAL-ın braziliyalı futbolçusu Junior Nildo debüt mövsümünü keçirdiyi Topaz Premyer Liqasında daha 2 qol vurmaqla hesabındakı topların sayını 21-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, XXXI turun “Rəvan”a 5:3 hesabı ilə qalib gəldikləri oyunda dubl edən cənubi amerikalı hücumçu Azərbaycan çempionatları tarixində 1 mövsümə 20 və daha çox qol vuran 20-ci futbolçu olub.
Nildo artıq karyerasını bitirən həmkarı, milliləşdirilən gürcüstanlı Badri Kvaratsxeliya və “Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesdən sonra 20-ni arxada qoyan 3-cü legionerdir. Buna nail olan ilk braziliyalı kimi tarixə düşən Junior AZAL-ın da heyətində mövsüm ərzində 20-dən çox qol vuran ilk futbolçudur.
Qeyd edək ki, Nazim Əliyev 3, Samir Ələkbərov, Rövşən Əhmədov, Fazil Pərvərov və Zaur Ramazanov hərəyə 2 dəfə bir çempionatda 20 və daha çox qol vurub.
* - 1 oyunda vurulan 10 qol ləğv olunduğundan nəzərə alınmayıb.

yer | Futbolçu | mövsüm | klub | oyun | qol |
1 | Nazim Əliyev | 1992 | Xəzər (Sumqayıt) | 33 | 39 |
2 | Samir Ələkbərov | 1992 | Neftçi (Bakı) | 34 | 36 |
3 | Musa Qurbanov | 1993/94 | Turan (Tovuz) | 29 | 35 |
4 | Qurban Qurbanov | 1996/97 | Neftçi (Bakı) | 29 | 34 |
5 | Mehman Allahverdiyev | 1992 | Kəpəz (Gəncə)* | 28 | 30 |
6 | Yunis Hüseynov | 1992 | Neftçi (Bakı) | 25 | 29 |
7 | Fazil Pərvərov | 1993/94 | Kəpəz (Gəncə) | 27 | 29 |
8 | Nazim Əliyev | 1994/95 | Neftçi (Bakı) | 23 | 26 |
9 | Nikolas Kanales | 2012/13 | Neftçi (Bakı) | 30 | 26 |
10 | Samir Ələkbərov | 1996/97 | Neftçi (Bakı) | 26 | 25 |
11 | Alay Bəhramov | 1998/99 | Viləş (Masallı) | 28 | 24 |
12 | Nazim Əliyev | 1993/94 | Xəzər (Sumqayıt) | 29 | 24 |
13 | Fazil Pərvərov | 1995/96 | Kəpəz (Gəncə) | 26 | 23 |
14 | Rövşən Əhmədov | 1995/96 | Kəpəz (Gəncə) | 27 | 23 |
15 | Zaur Ramazanov | 2004/05 | Karvan (Yevlax) | 26 | 21 |
16 | Junior Nildo | 2012/13 | AZAL (Bakı) | 31 | 21 |
17 | Badri Kvaratsxeliya | 1997/98 | Kəpəz (Gəncə) | 22 | 20 |
18 | Samir Musayev | 2003/04 | Qarabağ-Azərsun (Ağdam) | 23 | 20 |
19 | Zaur Ramazanov | 2006/07 | Xəzər Lənkəran | 24 | 20 |
20 | Samir Əliyev | 2004/05 | Xəzər Lənkəran | 31 | 20 |
* - 1 oyunda vurulan 10 qol ləğv olunduğundan nəzərə alınmayıb.
0
0