Denis İvanov: Müdafiəçinin həyatı belədir – MÜSAHİBƏ
15.05.2013 - 15:28
“Bakı”nın və Latviya yığmasının futbolçusu Denis İvanovun apasport.az saytına müsahibəsi
- “Qarabağ”la görüşdən sonra üzgünlüyünüzü başa düşmək olar. Həm hesabda öndə olduğunuz oyunu uduzdunuz, həm də öz qapınıza qol vurdunuz...
- Əlbəttə, nəticəyə, avtoqol etdiyimə görə məyusam. Elə alındı ki, topu öz qapımdan keçirdim. Ancaq müdafiəçinin həyatı belədir.
- Ümumiyyətlə, karyeranızda bunadək avtoqol olmuşdu?
- Bəli, 1 dəfə.
- Yığmada, yoxsa?
- Çoxdan olub, Latviyada oynayanda. Azərbaycanda ilk avtoqolum idi. Həmin epizodda rəqib futbolçu Branimir Subaşiç qapı qarşısına ötürmə edirdi. Mən də onun qarşısını alarkən, uğursuz zərbə vurdum. Yəni top lazım olmayan yerə uçdu.
- “Bakı” oyunda hesabı açsa da, sonradan 3 qol buraxdı. Bunu nə ilə əlaqələndirirsiniz?
- “Qarabağ” bizdən yaxşı oynadığı üçün qalib gəldi. Hamılıqla çalışdıq, qoldan başqa da imkanlarımız oldu. Ancaq bizdən fərqli, rəqib şanslarından yaxşı istifadə etdiyindən meydanı qalib tərk etdi. Deməzdim ki, oyun bizdə yaxşı alındı. Hərçənd, hesabı açmışdıq, matç bizim üçün yaxşı başlamışdı.
- Artıq mövsüm bitir və heç bir iddianız qalmayıb. Mövsümü özünüz və “Bakı” üçün necə qiymət verərdiniz?
- Hesab edirəm ki, mövsüm həm mənim, həm də klubum üçün aktivə yazılmadı. Şəxsən özüm üçün ona görə mənfi oldu ki, az oynadım. “Bakı” üçün ilk növbədə avrokuboklara çıxmadığı baxımdan uğursuz oldu. Hazırda turnir cədvəlində qərarlaşdığımız 5-ci pillə bizim yerimiz deyil. Bu, iddialarımıza uyğun gəlmir.
- Uğursuzluğun əsas səbəbini nədə görürsünüz?
- Buna birmənalı cavab vermək çətindir. Burda bir neçə səbəb var, oturub təhlil etmək lazımdır. Mən bunu sizə oyundan sonra dərhal emosiyalarla deyə bilmərəm. Əminəm ki, heç kim mövsümün bizim üçün müsbət nəticələndiyini deməz.
- “Bakı” ilə müqaviləniz bitir. Anlaşmanız uzadılacaq?
- Bilmirəm. Hər şey rəhbərliklə görüşdə həll olunacaq.
- Qalmaq istəyirsiniz?
- Bəli. Əgər yeni müqavilə təklif etsələr, əlbəttə, bunu müzakirə edəcəyik. “Bakı” xoşuma gəlir, kollektivə, Azərbaycan çempionatına öyrəşmişəm. Buradakı həyat məni qane edir.
- Yeri gəlmişkən, Azərbaycan çempionatında yaxın keçmişdə latviyalılar çox olsa da, indi azdır...
- Elədir. Həmyerlilərimin çoxu gedib. Ancaq mən Latviya futbolunun Azərbaycandakı təmsilçisi kimi çıxışımı davam etdirmək istəyirəm. Bakı ailəmin də xoşuna gəlir. Biz bura alışmışıq.
- Bir ara daha çox ehtiyatda qalsanız da, son oyunlarda start heyətində yer alırsınız. Burdan gələcək taleyinizlə bağlı hansı nəticə çıxardırsınız?
- Düzdür, son 5-6 oyunda daim meydanda oluram. Ancaq bilmirəm, məni saxlayacaqlar, yoxsa yox. Rəhbərlik təklif etsə, buna mütləq baxacağam. Bu həftə onlarla görüşüb danışmaq istəyirəm.
- Başqa variantları axtarırsınız?
- Hazırda yox. Çünki ilk növbədə üstünlüyü “Bakı”ya, rəhbərliklə görüşə verirəm. İndiki komandamdan cavab gözləyəcəyəm. Əgər “yox” desələr, özümə yeni klub axtaracağam.
Mehman SÜLEYMANOV

0
0