İqor Mitreski: Ümid edirəm ki, bu ruhda davam edəcəyik
15.05.2013 - 17:14
“Neftçi”nin makedoniyalı futbolçusu İqor Mitreski UEFA-nın rəsmi saytına Azərbaycanda ardıcıl 3-cü çempionluğunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən ölkəmizdə çıxış edən 34 yaşlı müdafiəçi qızıl medallar qazandığı komandada uğurlarının davamını gətirmək istəyir.
Moskva “Spartak”ında da çempionluq sevinci yaşamış millinin sabiq üzvü cari mövsümdə Avropa Liqasında qrup mərhələsində oynamaqdan faydalandıqlarını düşünür: “Biz yaxşı sürət yığdıq və hətta Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Ümid edirəm ki, bu ruhda davam edəcəyik. Klubumuzun prezidenti Sadıq Sadıqov həmişə bizi dəstəkləyib, kömək edib. Buna görə əvvəlcə onu, həmçinin məşqçilər heyətini və bütün oyunçuları təbrik edirəm”.

0
0