Mahir Şükürov: Mən əvvəl qızıl medalın sevincini yaşaya bilmirdim
15.05.2013 - 17:33
Mahir Şükürov: Mən əvvəl qızıl medalın sevincini yaşaya bilmirdim
“Biz dəqiq bilirdik ki, Qəbələdə asan olmayacaq. Çünki özümüz üçün çətin rəqiblə üzləşirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib. 30 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının XXXI turunda “Qəbələ” ilə 1:1 hesabı ilə nəticələnən səfər matçında vurduğu qolla komandasına çempionluq gətirən xalı qazandırıb.

Rəşad bildirib ki, “Qəbələ”nin turnir cədvəlində mövqeyi onlar üçün heç bir əhəmiyyət daşımayıb: “Vacib olan futbolçuların seçimi və onların oyunudur. Qələbəyə inanırdıq və ona nail olduq. Buna görə hamımız çox sevinirik”.

“Neftçi”nin vitse-kapitanı Mahir Şükürov üçünsə çempionluğun məhz Qəbələdə qazanılmağı xüsusi önəm daşıyıb: “Mən ikiqat sevincliyəm. Çünki biz çempionluğu vaxtilə oynadığım Qəbələdə rəsmiləşdirdik. Axı mən yerli klubda oynaya-oynaya, qızıl medalın sevincini yaşaya bilmirdim”.

Qeyd edək ki, 31 yaşlı Şükürov “Neftçi”yə ötən yay 1 mövsüm şərəfini qoruduğu, kapitanı olduğu “Qəbələ”dən keçib.

Mənbə: uefa.com