Messi: “Barselona”ya öz oyun stilini dəyişdirmək olmaz
15.05.2013 - 20:32
“Barselona” öz oyun stili ilə bütün dünya klubları arasında seçilir. Apasport.az saytının məlumatına görə, bu mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya”ya məğlub olandan sonra isə kataloniyalılar göstərdiyi oyun stili ilə mətbuatın tənqid atəşinə tutulub.
Lakin “Barselona”nın hücumçusu Lionel Messi həmkarlarımızın bu fikirləri ilə razılaşmır. Argentina millisinin futbolçusu bildirib ki, komandasının Avropanın ən titullu klub turnirində uduzmasına baxmayaraq, oyun stilini dəyişdirmək olmaz: “Hər il hamıya qalib gəlmək mümkün deyil. Biz çoxdan bir stillə oynayırıq, ona görə bütün məşqçilər və rəqiblər bizi öyrənirlər. “Barselona”ya öz oyun stilini dəyişdirmək olmaz, çünki o həmişə seçilir. Sakit olmaq və növbəti mövsüm haqqında düşünmək lazımdır”.
Qeyd edək ki, 46 qolla İspaniya La Liqasının bombardiri olan Lionel Messi zədə səbəbi ilə bu mövsümü başa vurub.

0
0