Ramos və Marselo ümumi qrupda məşqlərə başladı
15.05.2013 - 22:23
Ramos və Marselo ümumi qrupda məşqlərə başladı
İspaniya Kral kubokunun finalında “Atletiko” ilə qarşılaşacaq olan “Real”ın zədəli futbolçuları yenidən komandanın sıralarına qayıdır. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin müdafiəçiləri Serxio Ramos və Marselo ümumi qrupda məşqlərə başlayıb.

İspaniya millisinin üzvü təxminən iki həftə komandasına kömək edə bilməmişdi. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab qarşılaşmasında dizindən ciddi zədələnmişdi. 25 yaşlı braziliyalı futbolçu isə uzun müddətdir heyətdən uzaq qalıb. Marselo aprel ayının ortalarından zədəsini bərpa etsə də, məşqlərə indi start verib.

Qeyd edək ki, “Real” və “Atletiko” İspaniya Kral kubokunun finalında mayın 17-də üz-üzə gələcək.