Robinyo və Alleqri məşqdə dalaşdı
16.05.2013 - 00:27
“Milan”ın məşqində Robinyo və komandanın baş məşqçisi Massimiliano Alleqri arasında münaqişə baş verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu məşq zamanı təcrübəli çalışdırıcı tərəfindən tənqid edilib.
Daha sonra Alleqri braziliyalı oyunçudan meydanı tərk etməsini istəyib. Bundan sonra Robinyo da məşqi yarımçıq buraxmaq məcburiyyətində qalıb.
Braziliya milli komandasının üzvü bununla bağlı sosial şəbəkələrin birində məlumat verib: “Məşqlərdə problemlər olur. İndi hər şey normaldır”.
Qeyd edək ki, Robinyo cari mövsümdə “Milan”ın heyətində 22 matçda forma geyinib və 2 qola imza atıb.

0
0