Torres və Mata daha bir uğura imza atdılar
16.05.2013 - 01:40
Torres və Mata daha bir uğura imza atdılar
Avropa Liqasının finalında “Benfika”nı 2:1 hesabı ilə məğlub edib, kuboka sahib olan “Çelsi”nin 2 futbolçusu daha bir uğura imza atıblar. Apasport.az saytının məlumatına görə, bunlar hücumçu Fernando Torres və yarımmüdafiəçi Xuan Matadır.

Hər iki oyunçu dörd böyük turnirin qalibi olublar. Belə ki, Torres ilə Mata 2010-cu ildə İspaniya milli komandasının heyətində dünya, 2012-ci ildə Avropa çempionu adını qazanıblar. “Çelsi” heyətində isə 2011-2012 mövsümündə Çempionlar Liqasına, bu il isə Avropa Liqasına sahib olublar.

Qeyd edək ki, hər iki oyunçu meydana start heyətdə daxil olublar. Matadan fərqli Torres matçın 60-cı dəqiqəsində fərlənib.