Məlikov və İsayevin komandasında “yarpaq tökümü” başladı
16.05.2013 - 03:20
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayev və müdafiəçi Rail Məlikovun şərəfini qoruduqları “Dənizlispor”da “yarpaq tökümü” başlayıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimin komandasında iki istefa gerçəkləşib.
Dənizli klubunun baş məşqçisi Özcan Bizatinin köməkçiləri Levent Kartop və Burak Özsaraç öz istəkləri ilə komandan ayrılmaqlarını açıqlayıblar. Hər iki şəxs belə qərar verməsinə isə klub prezidenti Süleyman Urkayın taktiki məsələlərə müdaxilə etməsini əsas gətirib. “Dənizlispor”un sabiq kapitanı olmuş Kartop bunları bildirib: “Prezident Süleyman Urkay taktiki məsələlər başda olmaqla, hər şeyə müdaxilə edir. Komanda ilə 1 il daha müqaviləmiz var, ancaq bu şərtlərlə “Dənizlispor”da faydalı olmağımız mümkün deyil. Bu səbəblə vəzifəmizi buraxmaq qərarını aldıq”.
Qeyd edək ki, bir gün öncə rəhbərliyin iştirakı ilə keçirilən iclasda klubun vitse-prezidenti Veysel Gühan, şöbə müdiri İhsan Niyas və klub nümayəndələri Özgan Atik, Servet Özel və Mustafa Şavklı işlərinin çoxluğuna əsas gətirərək “Dənizlispor”dan ayrılmaq istədiklərini bildiriblər.

0
0