Özcan Bizati təmsilçilərimizin qalmasını istəyir
16.05.2013 - 04:08
Özcan Bizati təmsilçilərimizin qalmasını istəyir
“Dənizlispor”un heyətində çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayev və müdafiəçi Rail Məlikov növbəti mövsümdə də komandalarının formasını geyinə bilər. Apasport.az saytının məlumatına görə, Dənizli klubunun baş məşqçi Özcan Bizati təmsilçilərimizi yenə sərəncamında görmək istəyir.

Belə ki, PTT I liqasının başa çatmasına 4 tur qalmış komandanın “sükanı arxası”na gətirilən çalışdırıcı növbəti mövsümdə yollarına davam edəcək futbolçuların siyahısını hazırlayaraq, rəhbərliyə təqdim edib. Bu siyahıda Ariflə Railin adı da yer alıb.

Hətta Bizati rəhbərlikdən 2 əcnəbi olmaqla, 8 oyunçunun transfer olunmasını istəyib.