“Xəzər Lənkəran”ın müdafiəçisi ədalətsizlikdən şikayətlənir
16.05.2013 - 09:07
“Xəzər Lənkəran”ın müdafiəçisi ədalətsizlikdən şikayətlənir
Avropa Liqasının final matçı Topaz Premyer Liqasında çıxış edən futbolçuların da diqqətindən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, “Çelsi” və “Benfika” arasında qarşılaşmanı legionerlər də izləyib.

“Xəzər Lənkəran”ın ispaniyalı müdafiəçisi Alvaro Silva isə London təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi oyuna qısa şərh verib. Pireneyli futbolçu yarımadada qonşuları olan portuqaliyalıların yenilgisini asanlıqla həzm etməyib: “Benfika” necə də döyüşürdü. Futbol bəzən necə də ədalətsiz olur”.

Qeyd edək ki, “Çelsi” qələbə qolunu 90+2-ci dəqiqədə vurub.