Tales Şuts “İnter”ə qayıtdı
16.05.2013 - 10:54
“İnter”in almanəsilli braziliyalı hücumçusu Tales Şuts zədədən qayıdıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu dünən Bakının mərkəzi küçələrində görünüb.
Şuts gürcüstanlı yarımmüdafiəçi Nuqzar Kvirtiya ilə birgə şəhərin küçələrində gəzirdi. Xatırladaq ki, hər iki futbolçu ötən mövsüm AZAL-da birlikdə çıxış edib.
Qeyd edək ki, Şuts dekabrın 14-dən zədəlidir. “İnter” Gəncədə “Kəpəz”lə oyunun məşqini edərkən ucaboy hücumçu konqolu müdafiəçi Brus Abdulay ilə toqquşub. Nəticədə Şutsun sol gözünün altındakı sümüyü sınıb. Daha sonra Braziliyada əməliyyat olunan futbolçunun mövsümü başa vurduğu məlum olub.

0
0