“Qəbələ”də 2 yeni sima: Boris İqnatyev və Səbuhi Səfiyarlı
16.05.2013 - 11:56
“Qəbələ” klubunun baş məşqçi postuna əsas namizəd olan Yuri Syomin Azərbaycana özü ilə 2 mütəxəssis gətirəcək. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. O bildirib ki, 66 yaşlı rusiyalı çalışdırıcı ilə bu barədə danışıqları olub. Həmin simalardan biri Syominlə son vaxtlar birgə çalışan təcrübəli mütəxəssis, Rusiya yığmasının da baş məşqçisi olmuş Boris İqnatyevdir.
“Syomin bizimlə söhbətində 2 köməkçi gətirəcəyini dedi. Daha 2 məşqçi isə azərbaycanlı olacaq. Hazırda əsas komandada Luis Araqona gənc məşqçilər Sənan Qurbanovla Azər Bağırov yardımçı olur. Syominin baş məşqçisi postuna təyinatı reallaşandan sonra yerli məşqçilərlə bağlı namizədləri təklif edəcəyik. Kiminlə işləməyə isə artıq özü qərar verəcək” – deyə, Nəcəfov bildirib.
Vitse-prezident vurğulayıb ki, uzun müddətdir qapıçılarla işləyən Vüqar Məmmədovun komandada qalması gözlənilir. Amma onunla bağlı son qərarı baş məşqçi verəcək: “Vüqar digər baş məşqçilərimizlə də işləyib və ondan razı qalıblar. Fikrimcə, Məmmədov yeni baş məşqçinin korpusunda yer alacaq”.
Nəcəfovdan vakant olan komandanın rəisi vəzifəsində kimin çalışacağını da soruşduq. Belə ki, Ramiz Kərimovun qışda gedişindən sonra bu post boş qalıb. Həmin vəzifəyə az öncə “İnter”dən ayrılan menecer Səbuhi Səfiyarlının təyin ediləcəyi gözlənilir: “Komandaya yeni rəisin təyin edilməyi nəzərdə tutulub. Bununla bağlı göstəriş vermişəm. Həmin vəzifəyə bir neçə namizəd var. Ancaq onların konkret kimlər olduğunu haqda hələ mənə məlumat verilməyib”.
Mehman SÜLEYMANOV

0
0