“Qəbələ”yə gələn məşhur kimdir? - FOTO
16.05.2013 - 13:48
“Qəbələ”nin məşqçilər korpusuna cəlb etmək istədiyi rusiyalı Boris İqnatyev postsovet məkanında əfsanəyə çevrilən mütəxəssislərdəndir. Apasport.az saytının məlumatına görə, 73 yaşlı çalışdırıcı yeniyetmə-gənclər yığmalarındakı fəaliyyəti ilə ad çıxarıb.
İqnatyev futbolçu kimi çoxlarına tanış deyil. Moskva “Spartak”ının uşaq komandasında futbol oynamağa başlayan rusiyalı karyerası ərzində 10-a yaxın klubda çıxış edib. Lakin SSRİ çempionatının güclülər dəstəsində cəmi 7 matç keçirməyə müvəffəq olub. Bu da Nijni-Novqorodun “Volqa” klubunda gerçəkləşib.
1973-cü ildə məşqçilik fəaliyyətinə başlayan İqnatyev bu il peşədə 40 illik yubileyini qeyd edir. Bu 40 ilin ən yaddaqalan hissələri milli komandalarla bağlı olub. 1976-cı ildə SSRİ-nin U-18 komandasına baş məşqçi təyin olunan mütəxəssis nə az, nə çox düz 13 il bu komandaya rəhbərlik edib. 1989-cu ildə isə ölkəni tərk edib.
Belə ki, 25 il əvvəl SSRİ millisini U-18-lər arasında Avropa çempionu edən mütəxəssisə xaricdən də təkliflər gəlməyə başlayıb. Onun qitə çempionu etdiyi yığmada isə Azərbaycan futbolunun və “Neftçi”nin 2 üzvü yer almışdı. Bunlar Vladislav Qədirovla Arif Əsədov idi.
1990-cı ildə İraqın, 1990-91-ci illərdə isə SSRİ-nin olimpiya yığmalarında baş məşqçi olan mütəxəssis imperiya dağıldıqdan sonra da millilərə başçılıq edib. 1992-93-cü illərdə Rusiyanın U-21 yığmasına başçılıq edən İqnatyev əsas millidə Pavel Sadırin (1992-94) və Oleq Romantsevin də (1994-96) köməkçisi olub. Sonuncunun istefasından sonra isə Rusiyanın 1-ci komandası məhz İqnatyevə tapşırılıb. 1996-98-ci illərdə yığma onun rəhbərliyi altında 20 matça çıxıb. O, DÇ-1998-in final mərhələsinə vəsiqə qazanılmadığı üçün sonradan postunu tərk etməli olub.
Təxminən 20 il yığmada çalışan mütəxəssis karyerasının digər hissəsini klublarda çalışıb. Vladimir “Torpedo”sunda əvvəl məşqçi (1973), sonra baş məşqçi (1973-75) kimi çalışan rusiyalı bir də 15 il sonra klubla çalışıb. O, 1990-91-ci illərdə BƏƏ-də fəaliyyət göstərib. İqnatyevin növbəti klubu isə 1998-ci ildə Rusiya yığmasından gedəndə olub. Bu dəfə o, Azərbaycan millisinin üzvü Emin Ağayevin də oynadığı “Torpedo-ZİL”ə başçılıq edib – 1998-2000-ci illər. 2001-ci ildə Çinin “Şandun”, 2004 və 2007-ci illərdə qısa müddətdə “Saturn”un baş məşqçisi olan mütəxəssis 2002-ci ildə “Alaniya”da məsləhətçi kimi fəaliyyət göstərib.
İqnatyev onu “Qəbələ”yə özünə köməkçi gətirmək istəyən Yuri Syominlə də xeyli müddət çalışıb. 2003-04-cü və 2005-06-cı illərdə “Lokomotiv”in idman direktoru olan mütəxəssisin bu postdakı ilk dönəmində Syomin baş məşqçi idi. 2009-12-ci illərdə isə əvvəl Kiyev “Dinamo”su, ardınca “Lokomotiv”, sonradan yenidən “Dinamo”da baş məşqçi Syominin köməkçisi İqnatyev olub. 2012-ci ilin noyabrında isə sonundu Moskva “Torpedo”suna baş məşqçi təyin edilib və bu günə kimi orada çalışır. Bu komanda isə Rusiyanın I dəstəsində mübarizə aparır.

0
0