AFFA bütün oyunlara cəza kəsdi
16.05.2013 - 14:15
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri Topaz Premyer Liqasının XXXI turunda baş verənləri analiz edərək qərar çıxarıb. Maraqlıdır ki, baş tutan 6 oyunun heç biri cəzasız qalmayıb.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 61-ci dəqiqəsində qonaqların rumıniyalı müdafiəçisi Adrian Skarlatake 2-ci sarı vərəqə aldığı üçün meydandan qovulub. Bu üzdən futbolçu 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
Mərdəkanda baş tutan qərb derbisi - “Turan” – “Kəpəz” matçında gəncəlilər cəzaya məruz qalıb. 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat pul ödəməli olacaq.
“Rəvan” – AZAL matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu üzdən İK hər iki paytaxt klubunu 1000 manat ödəməyə məhkum edib. Üstəlik, “Rəvan” 200 manat artıq pul ödəməli olacaq. Buna səbəb “sarı-qırmızılar”ın moldovalı mərkəz müdafiəçisi Nikolay Orlovskinin ikinci sarı vərəqə alaraq meydandan qovulmasıdır. O, son turda meydanda olmayacaq.
Çempionun müəyyənləşdiyi “Qəbələ” – “Neftçi” oyunda isə zərərçəkən tərəf meydan sahibləri olub. Belə ki, qarşılaşmanın 3-cü, 47-ci və 49-cu dəqiqələrində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atılıb ki, bu da klubun 2000 manat cərimələnməsinə səbəb olub. Üstəlik, “Qəbələ”nin azarkeşləri tərəfindən “Neftçi”nin avtobusunun şüşəsi sındırıldığı üçün bölgə klubu dəymiş zərərə uyğun olaraq qonaqlara təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
Nəticəsi gözlənilməz olan “Simurq” – “İnter” matçında isə hər iki tərəf cəzalandırılıb. 54-cü dəqiqdə “Simurq”un yarımmüdafiəçisi Nicat Qurbanov birbaşa qırmızı vərəqə aldığı üçün bu turu buraxmaqla yanaşı, növbəti mövsümün ilk oyununda da meydana çıxa bilməz. Zaqatala klubu gənc oyunçuya görə 2000 manatından keçməlidir. 74-cü dəqiqədə “İnter”in və millimizin müdafiəçisi Vladimir Levin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün cəzası az – 1 oyunluq olub. Cari mövsümün bürünc mükafatçısı 200 manat cərimə olunub.
İlk “altılığ”ın paytaxtda keçirilən yeganə qarşılaşmasında da cəzalanan olub. 84-cü dəqiqədə “Bakı”nın hücumçusu Rauf Əliyev birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb. “Bakı” 2000 manatı AFFA-nın xəzinəsinə ödəməlidir.

0
0