Rahid Əmirquliyevin “belindəki” cəza
16.05.2013 - 15:26
“Xəzər Lənkəran” Avropa Liqasında növbəti mövsümə ciddi itki ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi iyulun 4-də start veriləcək turnirin ilk oyununda kapitan Rahid Əmirquliyevin xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb yarımmüdafiəçinin qitə miqyaslı turnirdə ötən mövsümdən cəzalı durumda olmasıdır.
Belə ki, Rahid Avroliqada II təsnifat mərhələsində Polşada “Lex”ə 0:1 hesabı ilə uduzduqları matçda qırmızı vərəqə alıb. Poznandakı oyunun 43-cü dəqiqəsindən sarı vərəqəsi olan kapitan ikinci hissənin 1-ci uzatma dəqiqəsində əllə oyuna görə daha birini alaraq meydandan çıxarılıb. Nəticədə lənkəranlılar Avropada həmin mövsüm üçün mübarizəni dayandırdıqları oyunu 10 nəfərlə başa vurmalı olub.
Komandalar qitə miqyaslı turnirdə mövsümü bitirdiyi zamanı sarı vərəqələr ləğv olunsa da, qırmızılar qalır. Yəni həmin futbolçunun “belində” olan cəza növbəti mövsümdə tətbiq olunur. Əmirquliyev 2 “sarı”ya görə qovulduğundan, 1 oyunluq cəzaya məruz qalıb və deməli, cavab matçında komandasına kömək edə biləcək.
Avropadakı budəfəki təmsilçilərimizdən “Neftçi” ötən mövsüm son oyunda – “İnter”lə İtaliyadakı, Bakı “İnter”i isə “Asteras”la Yunanıstandakı matçda qırmızı vərəqədən yaxa qurtara bilib. “Qarabağ” isə sonuncu dəfə qitə miqyasında 2 il öncə oynayaraq, “Brügge” ilə ev matçda belə cəza almayıb.
Sadəcə, təmsilçilərimizin Avropa oyunları öncəsi heyətində olan futbolçulardan başqa klublarda qırmızı vərəqə alanların cəzaları qüvvədə olacaq. İstənilən halda, UEFA klublara növbəti mövsümün startı öncəsi Nizam-İntizam Komitəsi tərəfindən cəzalandırılan futbolçuların siyahısını göndərəcək.
Qeyd edək ki, “Neftçi” qızıl medalçı kimi Çempionlar Liqasına, “Qarabağ”la “İnter” gümüş və bürünc mükafatçılar, “Xəzər Lənkəran”ın isə ölkə kubokunun finalçısı kimi Avroliqaya vəsiqə qazanıb.

0
0