“Qarabağ”da iki-iki
16.05.2013 - 16:00
2012/13 mövsümü çatmamış “Qarabağ” heyətindəki futbolçuları qorumaq üçün hərəkətə keçib. Apasport.az saytının məlumatına görə, oyunçuları ilə iki-iki müqaviləni yeniləyən ağdamlılar əvvəl Maksim Medvedevlə Vüqar Nadirovu, ardınca Namiq Yusifovla Fərhad Vəliyevi, indi isə Admir Teli ilə Ansi Aqollini saxlamağı bacarıb.
“Qarabağ”ın müqaviləsi uzadılan oyunçularına baxsaq, bunlar komandanın heyətində ən çox oyun keçirənlərdir. İndiki heyətdə “Qarabağ” formasında Premyer Liqada daha çox meydana çıxan Namiqin hesabında artıq 168 matç var.
Son turda 150-ci matçına çıxan Vüqar 2-ci, 142 dəfə ağdamlıların heyətində çempionat oyununa çıxan Maksim 3-cü sıradadır. Admir və Fərhad da 100 oyun səddini arxada qoyublar. Onlar müvafiq olaraq 135 və 117 çempionat görüşündə “Qarabağ” üçün “döyüşüb”.
“100-ü” arxada qoyan 7 oyunçudan yalnız ikisi Vaqif Cavadov (109) və Əfran İsmayılov (100) hələlik müqaviləsi yenilənməyənlərdir.
Qeyd edək ki, yeni anlaşma əldə olunanlardan yalnız Ansi bu sırada deyil. Kapitan Rəşad Sadıqov kimi, 86 qarşılaşmanın iştirakçısı olan albaniyalı 100-cü oyununu gələn mövsüm keçirəcək.

0
0