Premyer Liqada sülhü az sevən komanda – “Neftçi”
16.05.2013 - 17:22
Topaz Premyer Liqasında çempionluğu vaxtından əvvəl təmin etmiş “Neftçi” həm də 59 qolla çempionatın ən məhsuldar komandasıdır. Apasport.az saytının məlumatına görə, flaqman keçirdiyi 31 oyunun cəmi 3-də fərqlənə bilməyib.
Son 16 turdur ki, “ağ-qara”lı futbolçular meydanı qol vurmadan tərk etmir. Bununla yanaşı “Neftçi” ayrı-ayrılıqda ev və səfər oyunlarında vurduğu qolların sayına, eləcədə topladığı xallara görə bütün rəqiblərini qabaqlayır. Futbolçular doğma meydanda 38, səfər qarşılaşmalarında isə 23 dəfə qol sevinci yaşayıb.
“Neftçi” həm də çempionatın ən çox qələbə qazanan komandasıdır. Flaqman keçirdiyi 31 görüşdən 19-da meydanı 3 xalla tərk edib. İlk “altılıq”da ən az heç-heçə etmiş “ağ-qaralar” cəmi 5 matçda rəqibləri ilə sülh bağlayıb.

0
0